AZ

Onlar üçün “WhatsApp” qadağan edilir -

Rusiyada yaşayan şəxslərin “WhatsApp”dan istifadəsinə qadağa qoyula bilər. Metbuat.az xəbər verir ki, Rusiya “WhatsApp”ı ölkə bazarından çıxarmağı nəzərdən keçirir. Rusiya parlamentinin informasiya texnologiyaları komitəsi sədrinin müavini Anton Qorelkin belə açıqlama verib. O bildirib ki, “WhatsApp” məhdudiyyətlərə məruz qalan qeyri-dost ölkələrin proqram təminatı siyahısına daxil edilə bilər. Onun sözlərinə görə, Rusiyada “WhatsApp”ın boşluğunu milli mesencer proqramı doldura bilər.

Qeyd edək ki, Rusiya Meta şirkətini ekstremist təşkilatlar siyahısına daxil edib. 2022-ci ildə "Facebook" və "Instagram"dan istifadə Rusiyada qadağan edilib.

Seçilən
9
metbuat.az

1Mənbələr