Bakıda köhnə, qəzalı, insanların həyatı üçün də təhlüə yaradan binalardan biri də məhz “Naxçıvan” hoteli idi. 2000-ci il noyabrın 25-də Bakıda 6,8 bal gücündə baş vermiş zəlzələdə bina ciddi ziyan görmüşdü. Zəlzələdən sonra binada müəyyən bərkitmə və təmir işləri aparılsa da, hotel hazırda istismara yararsız vəziyyətdə idi. Hətta binaya kənardan baxdıqda belə eyvanların altındakı çatları və açıqda qalmış dəmir konstruksiyaları aydın şəkildə görünürdü.
Ajans.az xəbər verir ki, hotelin yerləşdiyi bina istismar müddətini başa vurduğu üçün sökülür.