AZ

Ermənistanda keçmiş deputat hakimiyyəti ələ keçirmək çağırışlarına görə saxlanılıb

Ermənistan parlamentinin keçmiş deputatı Ruben Akopyan hakimiyyəti ələ keçirməyə çağırışlarla bağlı cinayət işi üzrə saxlanılıb.

“Report” Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Akopyan 2025-ci il iyulun 1-də verdiyi müsahibədə hakimiyyətin zorakılıqla ələ keçirilməsi çağırışlarını açıq şəkildə səsləndirib. Bununla bağlı bu gün ona qarşı Ermənistan Cinayət Məcəlləsinin 422-ci maddəsinin 2-ci bəndi ilə cinayət işi açılıb. O, artıq saxlanılıb.

Seçilən
23
1
report.az

10Mənbələr