AZ

"Qarabağ" onunla da yolları ayırdı - Rəsmi

"Qarabağ" Rüstəm Əhmədzadə ilə yollarını ayırıb. 

QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

Son üç mövsümdə icarə əsasında “Zirə”də çıxış edən 24 yaşlı hücumçu ilə müqaviləyə qarşılıqlı razılaşma ilə xitam verilib.

2022-ci ilin yanvarında “Qarabağ”a keçən Rüstəm komandanın heyətində Azərbaycan çempionu və ölkə kubokunun qalibi olub.

Qeyd edək ki, "Qarabağ" daha öncə Yassin Benzia, Patrik Andrade, Marko Veşoviç, İsmayıl İbrahimli, Redon Cica ilə də yollarını ayırıb. 
Seçilən
32
35
sherg.az

10Mənbələr