AZ

Ermənistanda sabiq deputat SAXLANILDI

Ermənistanın sabiq deputatı Ruben Akopyan saxlanılıb.

Bizim.Media xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb və Ermənistan İstintaq Komitəsi faktı təsdiqləyib.

Ona hakimiyyətin devrilməsinə açıq çağırışlar etmək ittihamı irəli sürülüb. İstintaqın məlumatına görə, müxalifətçinin saxlanılmasına səbəb onun 1 iyul tarixində yayımlanan müsahibəsi olub.

Yaxın vaxtlarda Akopyanın barəsində həbs-qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə aparılması gözlənilir.

Məlum olduğu kimi, eyni ittihamla hazırda “Taşir” Qrupunun rəhbəri Samvel Karapetyan və arxiyepiskop Mikael Acapahyan da həbsdədir.

Bizim.Media

Seçilən
55
50
bizim.media

10Mənbələr