“Brentford”un futbolçusu Brayan Mbemo “Mançester Yunayted”ə keçməyə yaxındır.
Futbolpress.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira məlumat yayıb. “Qırmızı şeytanlar” oyunçu üçün 75 milyon avro təklif edib. “Brentford”un “hə” cavabı verəcəyi bildirilir.
Mbemo ötən mövsüm 42 oyunda 20 qol vurub, 9 məhsuldar ötürmə edib.