AZ

Azərbaycanlıları Qırğızıstana aparan şəxs, görün, kim imiş!

Növbəti mövsümdə Premyer Liqada legioner limitinin aradan qaldırılması azərbaycanlı futbolçuları ölkəni tərk etməyə məcbur etməkdədir.

Son günlər axın Qırğızıstanadır.

Bu ilin əvvəlində İldar Alekperovla Ramin Əhmədov Asiya ölkəsinə üz tutmuşdusa, yay fasiləsində Mirabdulla Abbasov, Nazim Məmmədzadə, İlkin Muradov bu ölkəyə yollanıb.

Yaxın günlərdə “Turan Tovuz”u tərk edən Orxan Əliyevin də “Abdış-Ata” ilə mqavilə bağlayacağı gözlənilir.

İctimaiyyətdə sual doğuran məqam azərbaycanlı futbolçuların Qırğızıstana hansı yolla, yaxud kimin xətti ilə getməsidir.

Topçularımızın ölkəni tərk etməsinə vasitəçilik edən şəxs bizə kifayət qədər tanış şəxsdir.

Vaxtilə “Şahdağ”, “Zirə”, “Bakı”, AZAL, “Sumqayıt” kimi komandaların şərəfini qorumuş Qvanzav Maqomedov yadınızdadır?

Futbolçularımıza qardaşlıq edən adam məhz odur.

Qvanzav 3 əvvəl futbolçu karyerasını başa vurandan sonra məşqçiliyə başlayıb, daha sonra menecerlik etmək marağına düşüb. Və bu iş onda hələ ki, yaxşı alınır.

Qırğızıstanla bağlı əlaqələrinə gəlincə, 2020-ci ildə bu ölkənin “Altay” klubunda forma geyinib ki, ölkə kubokunun qalibi adını qazanıb.

HƏBİB / SPORTİNFO.AZ

Seçilən
21
sportinfo.az

1Mənbələr