Avropa Birliyi Çexiyaya Rusiyadan neft idxalına verilmiş icazəni ləğv edib.
Axar.az xəbər verir ki, bu barədə AB Şurasının Rusiyaya qarşı qəbul etdiyi 18-ci sanksiyalar paketi ilə bağlı açıqlamada bildirilib.
Qeyd edək ki, neft Praqaya “Drujba” boru kəməri ilə çatdırılırdı. Yanvarın 15-də Çexiyanın Baş naziri Petr Fiala Rusiya neftindən tamamilə imtina etməyə hazır olduqlarını bildirmişdi.
2024-cü ildə Çexiyanın Rusiyanın “Drujba” kəməri ilə aldığı neftin payı 42 faiz təşkil edib.