AZ

Mişel Platininin evi qarət olunub

UEFA-nın keçmiş prezidenti Mişel Platininin Fransadakı evi qarət olunub.

İdman.biz xəbər verir ki, hadisə cümə günü Kassis şəhərində səhər saat 05:30-da baş verib.

Veteran futbolçu səs eşidib və evdə naməlum şəxs olduğunu görüb. Qarətçi Platini gördükdən sonra hadisə yerindən qaçıb. Evdən təxminən 20-yə yaxın medal və kubokun əskik olduğunu aşkar edib.

Qeyd edək ki, Mişel özü hər hansı təhlükə ilə izləşməyib. Şəhər polisi hadisə ilə bağlı araşdırmalara başlayıb.

İdman.biz

Seçilən
89
33
idman.biz

10Mənbələr