AZ

Arzularına BALI ÇATMADI: Bəs indi nə etməlidir? 

Hər il yüzlərlə abituriyent məhz balı çatmadığı üçün istəmədiyi ixtisası seçir və bu sahədə tədris alır. Amma böyük ehtimal gələcəkdə ya bu sahədə işləmir, ya da bir müddət çalışdıqdan sonra uzaqlaşır. İstəmədiyi ixtisası seçən abituriyentlər bunu adətən vaxt itirmək istəmədikləri üçün etdiklərini deyirlər. Həmçinin valideynlərin də təkidi danılmazdır.


Abituriyentlər istədikləri ixtisasa balları çatmadıqda növbəti ili gözləməlidirlər yoxsa uyğun ixtisasda oxumalıdırlar? Valideynlər bu məsələyə necə yanaşmalıdır?


Təhsil eksperti Elşən Qafarov Referans-a açıqlamasında bu sualları cavablandırıb.




“Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahan mexanizmi Azərbaycanda ali məktəbə sənəd verən hər 100 nəfərdən ən azı 95 faizinin istədiyi ixtisas üzrə təhsil alma imkanına məhdudiyyət yaradır. Belə ki, qrup imtahanlarının keçirilməsi dünyanın heç bir ölkəsində praktikada yoxdur. Nəticə etibarı ilə bir çox şəxslər təmamilə istəmədikləri sahələrə düşmək məcburiyyətində qalır. Bu bəzən təhsilin yarımçıq qalmasına və yaxud da ikinci ali təhsil alması üçün əlavə vaxt, enerji xərcləməsinə gətirib çıxarır. Bu problem illərlə var və biz illərdir təklif edirik ki, Dövlət İmtahan Mərkəzinin qrup imtahanları ixtisas imtahanları ilə əvəz olunsun. Yəni hər bir şəxs bir ixtisas üzrə sənəd versin. Qrup üzrə sənəd qəbulu qəbuledilən deyil. Məsələn, tarix müəllimi olmaq istəyən ölkənin neçə ali təhsil müəssisəsində tarix müəllimliyi ixtisası tədris olunursa, hər birinə sənər verməlidir. Amma bizdə tarix müəllimliyinə sənəd verənlərin xarici dil müəllimliyinə, xarici dil müəllimliyinə sənəd verənlərin isə hüquqa qəbul olması olduqca absurddur”.

 

Ekspert qeyd edib ki, nə qədər ki, bu mexanizm yenidən qurulmadıqca problem gündəm olaraq qalacaq. Abituriyentlər istəmədikləri ixtisaslarda təhsil almağa davam edəcəklər.

 

“Valideynlərin də yanaşması bu məsələdə düzgün deyil. Onlar da uşaqlarının sadəcə universitet oxumaları üçün “hansı ixtisas olur, olsun” fikri ilə yanaşırlar. Bu problemin başqa sosial tərəfləri də var. İstənilməyən ixtisaslar oxunduqca bu sahələrdə kadrlar da azalacaq. Amma hər kəs arzuladığın ixtisasda təhsil alsa, sonda gedib həmin sahədə çalışsa, vətənə, millətə daha faydalı olar”.

 

Fidan Vəlisoy 

phrase_var_article.chosen
40
referans.az

1phrase_var_article.sources