AZ

Klinika pul hesablaşmalarında pozuntuya görə 1000 manat cərimələnib

"Universal Hospital” barəsində maliyyə sanksiyası tətbiq edilib. 

Valyuta.az-ın məlumatına görə, klinikada aparılan yoxlama zamanı əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayyət olunmaması faktı aşkar olunub. 

Buna görə "Universal Hospital" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində 1000 manat maliyyə sanksiyası tətbiq edilib. 

Qeyd edək ki, nizamnamə kapitalı 150 manat olan şirkətin qanuni təmsilçisi Sərdar Rüstəmov Məmməd oğludur.

Sabiq İsbəndərli 

Seçilən
79
valyuta.az

1Mənbələr