“AzerGold” QSC tərəfindən təsis edilən “Daşkəsən Dəmir Filiz” MMC tərəfindən elan edilən tenderə yekun vurulub.
Torpaq sahiblərinə kompensasiya hesablamasına 4 milyon manat ayrıldı - DETALLAR
FED.az xəbər verir ki, “Bank maliyyələşdirilməsinə yararlı texniki‑iqtisadi əsaslandırma üzrə məsləhət xidməti”nin satın alınması üçün keçirilən tenderin qalibi məlum olub. Qalib şirkət olaraq Çinin strateji dövlət müəssisəsi olan Sinosteel Equipment & Engineering Co., Ltd seçilib.
Qurumla 4 165 000 manat dəyərində müqavilə imzalanıb. Bu müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməmişdir (elektron satınalma deyil).
Sinosteel Equipment & Engineering Co., Ltd Çin mənşəli iri dövlət şirkətidir və əsas ixtisaslaşma sahəsi metallurgiya və dağ-mədən sənayesi üçün mühəndis‑texniki xidmətlərdir. Şirkət dünya üzrə müxtəlif ölkələrdə sənaye və infrastruktur layihələrinin layihələndirilməsi, tikintisi və məsləhət işlərini həyata keçirir.