İyulun 19-u saat 8:00-dan iyulun 20-si saat 22:00-dək Bakı şəhəri, Nizami rayonu, Əlif Hacıyev küçəsində (Qara Qarayev prospekti ilə kəsişməsindən Mehdi Abbasov küçəsinin kəsişməsinə qədər olan hissəsi) nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
Ölkə.az xəbər verir ki, bununla bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, yolun bağlanması aparılacaq təmir işləri ilə əlaqədardır. Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.