AZ

Azərbaycan komanda dörd problem - Avrokubokda oynamayacaqlar?

Konfrans Liqasında iştirak edəcək “Zirə”də problemlər yaşanır.

Dörd futbolçu “Hayduk“la matçlar öncəsi komandadan ayrı düşüb..

Yeni transfer Yeqor Boqomolski uzun müddətə sıradan çıxıb.

İyunun 7-də “Nefçi”dən “qartallar”a transfer olunan 25 yaşlı belaruslu hücumçu ayağından zədə alıb.

Boqomolski yeni komandasında məşqlərə başlasa da, çox keçmədən problemlə üzləşib.

Nəticədə o, "Zirə"nin Boluda keçirdiyi yoxlama görüşlərində forma geyinə bilməyib və hazırda fərdi məşqlərlə kifayətlənir.

"Qartallar"ın daha 3 futbolçusu da zədəlidir. Eldar Quliyev, İsmayıl İbrahimli və Stefan Aka da aldıqları xəsarətdən əziyyət çəkir.

Onların avrokubok matçlarında iştirakı sual altındadır. Buna baxmayaraq, qəsəbə təmsilçisi hər ehtimala qarşı hamısının adını iştirak ərizəsinə salacaq.

Azərbaycan təmsilçisi Konfrans Liqasının II təsnifat mərhələsində Xorvatiya “Hayduk”u ilə qarşılaşacaq.

İlk matç iyulun 23-də 8-ci kilometr stadionunda (“Neftçi Arena”da) baş tutacaq. Cavab görüşü isə iyulun 31-də Split şəhərindəki "Polyud" stadionunda olacaq.

SPORTİNFO.AZ

Seçilən
29
sportinfo.az

1Mənbələr