Bakı. Trend:
Bundan sonra biz burada əbədi yaşayacağıq. Daha heç kim bizi buyerlərdən çıxara bilməz.
Trend xəbər verir ki, bunu Prezident İlhamƏliyev iyulun 18-də Xocalının Təzəbinə və Xanyurdu kəndlərinə köçənsakinlərlə görüşündə deyib.
"İndi siz buraya birinci köçənlərdənsiniz, amma bunun ardıgəlir. Bir, bəlkə də bir neçə aydan sonra burada, hər iki kənddə,yəqin ki, minlərlə insan yaşayacaq. Dövlət bütün şəraiti yaradıb -evlər, həyətyanı sahələr, içməli su, təbii qaz, elektrik. Yəni,yenə də deyirəm, siz buna layiqsiniz.
Ən ağır vəziyyətdə yaşayanlar siz olmusunuz. Bütün bu otuz ilərzində yenə də, necə deyərlər, öz iradənizi göstərərək inanırdınızki, bu tarixi gün gələcək və biz bu torpaqlara qayıdacağıq vəqayıtmışıq. Həm 2020-ci ilin Vətən müharibəsi, həm də 2023-cü ilinantiterror əməliyyatı bizim şanlı qələbələrimizdir. Allahşəhidlərimizə rəhmət eləsin. Bundan sonra biz burada əbədiyaşayacağıq. Daha heç kim bizi bu yerlərdən çıxara bilməz", -Prezident İlham Əliyev bildirib.