AZ

Manatın məzənnəsi dəyişməz qaldı

Finss.az - Azərbaycan Respublikası Mərkəzi Bankı (ARMB) 21 iyul 2025-ci il tarixinə olan rəsmi valyuta məzənnəsini açıqlayıb. Məlumata görə, manatın ABŞ dollarına qarşı rəsmi məzənnəsi 1,7000 səviyyəsində saxlanılıb.

Bu, Mərkəzi Bankın uzun müddətdir davam etdirdiyi sabit məzənnə siyasətinin davamı kimi qiymətləndirilir. Ekspertlər bildirirlər ki, məzənnənin dəyişməz qalması ölkədəki makroiqtisadi sabitliyin və valyuta bazarındakı balansın qorunduğunu göstərir.

Qeyd edək ki, ARMB valyuta məzənnələrini hər iş günü müəyyənləşdirir və rəsmi internet səhifəsində yayımlayır.

Seçilən
23
46
fins.az

10Mənbələr