Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Bu gün növbəti dəfə qəbul keçirib.
FHN-dən “Qafqazinfo”ya verilən məlumata görə, nazir Gədəbəy şəhərində, Gədəbəy rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında Gədəbəy və Şəmkir rayonları sakinlərini qəbul edib.
Əvvəlcə, K.Heydərov xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Gədəbəy şəhərindəki abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub, əziz xatirəsini dərin ehtiramla yad edib.
Sonra fövqəladə hallar naziri tərəfindən qəbul edilən Gədəbəy və Şəmkir rayonları sakinlərinin müraciətlərinin əksəriyyəti yerindəcə öz həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə nazirliyin aidiyyəti strukturlarının rəhbərlərinə tapşırıqlar verilib.
Fövqəladə hallar naziri ilə yanaşı, nazir müavinləri, nazirliyin müvafiq struktur bölmə və qurumlarının rəhbərləri də vətəndaşları qəbul edib.





