AZ

PFL rəsmisi: "İdman prinsiplərinin bərpa olunması liqalara marağı ciddi şəkildə artırıb"

Bu gün Misli Premyer Liqasında 2025/2026 mövsümünün püşkü atılıb.

Sportal.az xəbər verir ki, Peşəkar Futbol Liqasının texniki idman direktoru Elgiz Abbasov tədbirdən sonra jurnalistlərin suallarını cavablandırıb:

- Bu mövsüm yeniliklər çoxdur. Komanda sayı, çempionatın formatı fərqlidir, legioner limiti olmayacaq. Artıq bu mövsümdən Premyer Liqa 12 komandanın iştirakı ilə keçiriləcək. Ötənilkidən fərqli olaraq bu mövsüm çempionat 3 dövrədən ibarət olacaq. İlk növbədə 1-ci və 2-ci dövrənin püşkü atıldı. Daha sonra 3-cü dövrənin püşkatması oldu. Komandaların ev və səfər oyunlarının ümumi sayında hər hansı bir dəyişiklik yoxdur. Bu il yenilik edərək püşkatmada 33 turun hamısının təqvimini açıqladıq. Bildiyiniz kimi bu mövsüm legioner limiti ləğv olunub. Təbii ki, rüsumlarda da dəyişiklik olunub. Ümid edirik ki, hər şey yaxşı olacaq. PFL olaraq mövsümə çox gərgin şəkildə hazırlaşırıq. Hər yeni mövsüm bizim üçün bir çağırışdır.

- Azərbaycan Premyer Liqasına marağın artması üçün hansı işləri görürsüz?

- AFFA, PFL, klublar bir çox yeniliklərə imza atmışıq. Bunlardan ən vacibi komanda sayının artmasıdır. Xüsusilə də bölgə klublarının Premyer Liqaya cəlb olunması. Düzdür, "Karvan" və "İmişli"nin infrastrukturunda müəyyən problemlər var. Ötən mövsüm həm İmişli şəhər stadionu, həm Yevlax şəhər stadionunda nəinki 1-ci Liqa, həvəskar səviyyədə futbol oynamaq mümkün deyildi. Amma biz onlara şans yaratdıq. Hər iki klub ev oyunlarını öz stadionlarında keçirdilər. Bu, artıq irəliyə atılmış addım idi. Hər iki klub infrastrukturun yaxşılaşdırılması üçün əlindən gələni edir. İdman prinsiplərinin bərpa olunması liqalara marağı ciddi şəkildə artırıb.

- Bir çox klub ev oyunlarını öz stadionlarında keçirə bilmir. Bu barədə nə deyə bilərsiniz?

- Bu, bizi də çox qayğılandıran məsələdir. Mövsümün başlamasına 1 ay qalmış klublardan oyunlarını harada keçirəcəyi ilə bağlı məlumat istəyirik. Demək olar ki, bütün klublar stadionlarını təqdim ediblər.

saytlarin hazirlanmasi

Seçilən
23
sportal.az

1Mənbələr