2025/26 mövsümünün başlanğıcında Azərbaycan Premyer Liqasında yarışacaq bir neçə bölgə klubu ev oyunlarını neytral stadionda keçirəcək.
QOL.az-ın xəbərinə görə, Peşəkar Futbol Liqasının (PFL) texniki idman direktoru Elgiz Abbasov bu gün jurnalistlərə deyib ki, iyulun 20-də Tovuz stadionunda təmir başlanacaq. Bu səbəbdən "Turan Tovuz" müvəqqəti olaraq ev oyunlarını Bakıda "Azərsun Arena"da keçirəcək.
"Kəpəz" mövsümün startına Qəbələ şəhər stadionunda, "Karvan" isə Şamaxı stadionunda başlayacacaq.
"İmişli"yə gəlincə, komanda müvəqqiti olaraq ev oyunlarını Qubada keçirmək istəyir. Amma hələlik bununla bağlı yekun qərar verilməyib. E.Abbasovun sözlərinə görə, əvvəlcə Quba şəhər stadionunda yoxlanış keçirilməlidir.