AZ

Çimərliyə gedənlərin nəzərinə

Dəniz suyunun bədənə təsiri nəticəsində dəri xəstəlikləri yarana bilər. Bunu Metbuat.az-a açıqlamasında dermatonevroloq Tünzalə Əzizli bildirib. Onun sözlərinə görə, bu, dəniz suyunun duzluluğundan, temperaturundan və günəş şüalarının təsirindən asılıdır: “Ən çox dəniz suyunun təsirindən yaranan xəstəliklər allergik kontakt dermatitlər olur. Dəridə qızartılar və səpkilər müşahidə olunur. Bəzən göbələk mənşəli əlvan dəmirovlar da rast gəlinir. Bu xəstəlik xüsusilə yaz-yay mövsümündə daha çox aktivləşir”. Həkimin sözlərinə görə, bunların qarşısını almaq üçün dənizə, çimərliyə gedərkən mütləq şəkildə günəş kremlərindən istifadə edilməli, günəş şüalarından qorunmaq lazımdır: “Mümkün qədər suyu daha təmiz olan dənizlərə və çimərliklərə üz tutmaq, eləcə də şəxsi əşyalardan istifadə etmək daha məqsədəuyğundur”.

Sevinc İbrahimzadə / Metbuat.az

Seçilən
39
metbuat.az

1Mənbələr