AZ

Bakıda yaşayış binası sakinləri qorxuya salıb

Bakının Sabunçu rayonu, Bakıxanov qəsəbəsində bina qəzalı vəziyyətdədir.

Bu barədə həmin binanın sakini Laçın Məmmədova BAKU.WS-in "qaynar xətti"nə şikayətlə müraciət edib. 

Bildirilib ki, sözügedən hal qəsəbənin General Səmədbəy Mehmandarov 21 ünvanında yerləşən 3 mərtəbəli yaşayış binasında müşahidə edilir. 

"Binanın istismar müddəti illərdir ki bitib. Mənim mənzilimin tavanı 4 dəfə uçub və evin içinə tökülüb. Xoşbəxtlikdən xəsarət alan olmayıb. Aidiyyatı qurumlardan bizə dəfələrlə bildirilib ki, bina söküləcək, lakin vaxt deyilmir", - deyə şikayətçi vurğulayıb.

Sözügedən kadrları təqdim edirik:

Seçilən
61
50
far.az

10Mənbələr