AZ

İlk turda "Sabah" - "Qarabağ" matçı - püşk atıldı

Misli premyer-liqasında 2025/26 mövsümünün püşkatma mərasimi keçirilib.

"Football-plus.az" xəbər verir ki, mərasimdə Peşəkar Futbol Liqasının (PFL) texniki idman direktoru Elgiz Abbasov, PFL-in media və marketinq direktoru Sənan Abdullayev, həmçinin Yarışların Təşkili və Qeydiyyat şöbəsinin rəhbəri Elçin Mehdiyev iştirak edib. Elgiz Abbasov yeni mövsümlə bağlı detallı məlumat verib. Daha sonra püşkatmaya start verilib.

34-cü dəfə keçiriləcək və 12 komandanın - “Qarabağ”, “Zirə”, “Sabah”, “Sumqayıt”, “Neftçi”, “Turan Tovuz”, “Qəbələ”, “Araz-Naxçıvan”, “Kəpəz”, “Şamaxı”, "Karvan" və "İmişli"nin iştirak edəcəyi çempionatın ilk turunda aşağıdakı cütlüklər qarşılaşacaq:

1-ci tur
İmişli - Turan Tovuz
Neftçi - Şamaxı
Sabah - Qarabağ
Sumqayıt - Kəpəz
Karvan - Qəbələ
Zirə - Araz-Naxçıvan

Tədbirdə həmçinin 3-cü dövrədə ev sahibi olacaq komandanı müəyyənləşdirmək üçün püşk atılıb.

3-cü dövrənin püşkatması
Zirə - Kəpəz
Qarabağ - Araz-Naxçıvan
Karvan - Sumqayıt
Şamaxı - İmişli
Sabah - Qəbələ
Neftçi - Turan Tovuz

Xatırladaq ki, Misli premyer-liqasında 2025/26 mövsümünə avqustun 15-də start veriləcək.

Seçilən
23
17
football-plus.az

10Mənbələr