Ayağın baş barmağının yaxınlığında yaranan şişlər çox insanın qarşılaşdığı ümumi bir vəziyyətdir.
Mütəxəssislər bildirir ki, baş barmağının yan tərəfə əyilməsi ayağın əzələlərinin, bağlarının və sümüklərinin balanssızlığı nəticəsində baş verir. Nəticədə birinci barmağın altındakı oynaq dəyişir. Sözügedən fenomenin qeyri-rəsmi adı "qabar" və ya "ayaqda qabar", tibbi adı isə "hallux valgusdur".
Həkimlər risk faktorları arasında: irsiyyəti, artıq çəki, düz ayaqları, uzun müddət ayaq üstə durmağı və narahat ayaqqabı geyinməyi - dar ön hissəsi, hündürdaban, çox sərt və ya əksinə, çox yumşaq altlığı sadalayıblar.
Araşdırmalara görə xəstələr ən çox ayaq barmağının dibində ağrı, qızartı, kallus və vizual qabarıqlıqdan şikayət edirlər. 30-40 yaşdan yuxarı qadınlarda "hallux valgus" kişilərə nisbətən 10 dəfə tez-tez baş verir. Risk altında həmçinin idmançılar, xüsusilə də ayağın zəif bağları olan şəxslər var.
Effektiv tədbir terapevtik bədən tərbiyəsidir. Məşqlərə ayaq barmaqlarınızla obyektləri qaldırmaq, topu və ya ortopedik rulonu yuvarlamaq daxildir. Bunu hər gün 15 dəqiqə ya da 4-8 həftə ərzində hər gün etməlisiniz. Qarşısının alınması üçün həftədə iki və ya üç dəfə axşam kifayətdir. Brinci barmağın oynağı nahiyəsində ağrıların sabitləşdiyi, həyat keyfiyyətinin aşağı düşdüyü, barmağın və ayağın açıq deformasiyası olduğu, kallusların və iltihabların göründüyü, konservativ terapiyanın təsirsiz olduğu hallarda cərrahi müalicə tövsiyə olunur.
Zərintac MayisqızıMissiya.Az