AZ

Premyer Liqa nəhəngi 100 milyon avro ödəməyə hazırdır – Fransalı hücumçuya

“Liverpul” Frankfurt “Ayntraxt”ının fransalı hücumçusu Huqo Ekitike üçün 100 milyon avro ödəməyə hazırdır.

Sportinfo.az xəbər verir ki, bu barədə “Daily Mail” nəşri məlumat yayıb.

Daha əvvəl Frankfurt təmsilçisi futbolçunun transfer qiymətini 81 milyon avro müəyyən etmiş və “Liverpul”a bu məbləğdən yuxarı təklif etmələrinin vacib olduğunu bildirmişdi.

Mersisayd klubu bu şərtlərlə razılaşıb və yaxın günlərdə rəsmi təklif göndərmək niyyətindədir.

“Liverpul” Ekitike ilə 6 illik müqavilə imzalamağı planlaşdırır. 22 yaşlı forvard daha əvvəl “Mançester Yunayted” və “Nyukasl”ın təkliflərini rədd edib.

Onun əsas istəyinin karyerasını məhz “qırmızılar”da davam etdirmək olduğu bildirilir.

Seçilən
9
sportinfo.az

1Mənbələr