AZ

“Adımı qadın alverinə qarışdırdılar” - – Rəqsanə illər sonra danışdı + VİDEO

Rəqsanə İsmayılova illə öncə anasının və bacısının qadın alverində adlarının hallanması ilə bağlı yaşadığı deppersiv olaydan söz açıb. 

Yenisabah.az xəbər verir ki, o, bildirib ki, bu böhtanı onun doğmalarına atıb, nüfuzuna xələl gətirmək istəyən şəxs də artistlərindən biri olub.

"Bacımla məni vurdular, anamla məni vurdular. Böyük bir oyun quruldu mənə. Düşdüm o oyunun içinə. Oyunlar gəldi başıma. Bütün toylarım əlimdən çıxdı. Külli miqdarda borca düşdüm. Evim, maşınım əlimdən çıxdı. Adi şou proqrama gedəndə belə qorxurdum. Deyirdim ki, insanlar haqqımda nələr düşünür. Amma elə bir şey yox idi. Oyuna düşdüm. Özü də bir kişi Xalq artistimiz tərəfindən. Bunu hər kəs bilir. Həmin adamla da danışıram, amma ürəyimdə ona o qədər bəd dua etmişəm ki, cəzasını da çəkir. Uşaqlarım belə məktəbə getmədi. Dedilər ki, hamı bizə pis baxır. Həyatımı darmadağın etdilər. Böyük problemlər yaşadım". pizza

Qeyd edək ki, müğənni Rəqsanənin bacısı Ellada İsmayılova və onun anası Adilə Həsənova 2008-ci ildə insan alverinin qurbanı olmuş bir qadının ifadəsi əsasında həbs edilib.  E.İsmayılovanın barəsində həbs-qətiimkan tədbiri seçilsə də, səhhətində problem olan A.Həsənova isə ölkəni tərk etməməklə bağlı iltizam alındığından sonra zaminə buraxılıb.

Aydan Hacı


Telegram kanalımız
Seçilən
84
50
yenisabah.az

10Mənbələr