AZ

Rusiyaya daxil olan miqrantlar karantinə göndəriləcəklər?

Rusiyaya daxil olan miqrantların karantinə göndərilməsi müzakirə edilir.

Oxu.Az-ın Gazeta.ru-ya istinadən xəbərinə görə, rusiyalı deputat Sergey Mironov belə bir fikir irəli sürüb.

Deputat hesab edir ki, bu tədbir meningit hallarının artmasının qarşısını almaq üçün lazımdır. O əmindir ki, peyvənd olunmayan miqrantlar səbəbindən Rusiyada bu xəstəliklə bağlı qoyulan diaqnozlar artır.

"Onları ölkəyə daxil olduqdan sonra tutmağa çalışmaq faydasızdır", - deyə Sergey Mironov bildirib.

O, həmçinin hesab edir ki, əcnəbilərə yalnız təhlükəli xəstəlikləri olmadığı barədə arayış təqdim edildikdən sonra iş vizası verilməlidir.

Qeyd edilib ki, 2025-ci ilin ilk beş ayında təxminən 1 266 yoluxma halı qeydə alınıb. Bu statistik göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 260% çoxdur.

Seçilən
10
xezerxeber.az

1Mənbələr