AZ

Qulaq ağrısına DİQQƏT

Qulaq ağrısı həm uşaqlarda, həm də böyüklərdə tez-tez rast gəlinən və müxtəlif səbəblərlə ortaya çıxan narahatlıqdır.


Pravda.az bildirir ki, bu ağrı infeksiya, təzyiq dəyişikliyi, qulaq kiri, diş və çənə problemləri kimi faktorlarla əlaqəli ola bilər.


Əlamətlər arasında qulaqda zonquldama, eşitmə itkisi, hərarət və başgicəllənmə yer alır. Müalicə isə səbəbə əsasən dəyişir: antibiyotiklər, ağrıkəsicilər, qulaq damcıları və bəzi hallarda cərrahi müdaxilə tətbiq olunur.


Ev şəraitində müvəqqəti rahatlıq üçün isti-soyuq kompres, bol maye qəbulu və həkim məsləhətli dərmanlar faydalı ola bilər. Ancaq simptomlar davam edərsə və ya şiddətlidirsə, mütləq mütəxəssisə müraciət edilməlidir.


Əminə Bayramova 

Tarix: 18 İyul 2025, 15:00   
Seçilən
106
pravda.az

1Mənbələr