AZ

"Turan Tovuz"da iclas keçirildi, iki vəzifəli şəxs möhkəm danlandı

"Turan Tovuz"un rəhbərliyi akademiyanın fəaliyyətindən çoxnarazıdır.

Bu barədə klubdan saytımıza məlumat daxil olub.

Redaksiyamıza verilən informasiyaya görə, İdarə Heyətinin sədr müavini, infrastruktur və maliyyə üzrə direktor Əli Balakişiyev bu sahəylə bağlı toplantı keçirib.

O, uşaq futbolunda cərəyan edən proseslərdən razı qalmadıqlarını bildirib.

Ehtiram Quliyevin köməkçisi sərt danışıb, uşaq futbolunun inkişafı üzrə direktor Eltay Aslanov və koordinator Ülfət Mədətovu möhkəm danlayıb.

Ə.Balakişiyev qəti şəkildə tapşırıq verib ki, ondan xəbərsiz heç bir iş görülməsin. Xatırladıb ki, klubda çalışan hər şəxsin öz funksiyası var və səlahiyyətlərini aşmamalıdır.

Xəbərdarlıq edib ki, özbaşınalığa yol verənlər vəzifəsi ilə vidalaşmalı olacaqlar.

SPORTİNFO.AZ

Seçilən
12
sportinfo.az

1Mənbələr