AZ

Ursula fon der Lyeyen sevinir: Rusiyanın ürəyinə zərbə vurduq

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı 18-ci məhdudlaşdırıcı tədbirlər paketini qəbul etməklə “Rusiyanın döyüş maşınının ürəyinə” zərbə vurub.

Publika.az xəbər verir ki, bunu Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyeyen bildirib.

"Mən 18-ci anti-Rusiya sanksiyalar paketimizlə bağlı razılaşmanı alqışlayıram. Biz Rusiyanın hərbi maşınının tam ürəyinə zərbə vururuq", - o bildirib.

Fon der Lyeyenin sözlərinə görə, yeni məhdudlaşdırıcı tədbirlər bank və enerji sektorlarına, hərbi-sənaye kompleksinə (MİK) yönəlib, həmçinin Rusiya neftinə dinamik qiymət tavanı üçün yeni mexanizm daxildir.

phrase_var_article.chosen
12
publika.az

1phrase_var_article.sources