BAKI, 18 iyul. TELEQRAF
"Şahdağ Turizm Mərkəzi” Qapalı Səhmdar Cəmiyyəti süni qar hazırlama generatorları üçün ehtiyat hissələri və texniki xidmət alacaq.
Teleqraf xəbər verir ki, bununla bağlı "TechnoAlpin S.p.A" ilə bir mənbədən satınalma üzrə iki müqavilə imzalanıb. Müqavilələrdən birinin dəyəri 533 min 303 manat, digərinin isə 123 min 202 manatdır.
Qeyd edək ki, "TechnoAlpin S.p.A." süni qar hazırlama sistemləri sahəsində ixtisaslaşmış İtaliya şirkətidir. 1990-cı ildə təsis edilib, baş ofisi Bolzano şəhərində yerləşir. Şirkət xizək kurortları və qapalı məkanlar üçün qar istehsalı qurğuları və idarəetmə sistemləri hazırlayır. "TechnoAlpin S.p.A." eyni zamanda bir neçə Qış Olimpiya Oyunlarında istifadə olunan texnologiyanı təmin edib.