AZ

Bakıda magistral yolda sürücülər ƏLBƏYAXA DAVA ETDİLƏR

Bakıda magistral yolda sürücülər əlbəyaxa dava edib.

Far.Az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Belə ki, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb. İddialara görə, "Toyota Corolla" markalı maşınla BYD markalı avtomobil bir-birinə dəyib. Daha sonra avtomobillərin sürücüləri dava etməyə başlayıb. Bu zaman yolda yubanma yaranıb.

Ətrafdakıların müdaxiləsi ilə sürücülər aralanıb və nəqliyyatın hərəkəti bərpa olub. 

Hadisə anına dair kadrları təqdim edirik:

Seçilən
96
50
far.az

10Mənbələr