AZ

Rəsmi Moskva Aİ-nin 18-ci sanksiya paketinə münasibət bildirdi

BAKI, 18 iyul. TELEQRAF

"Rusiya Avropa İttifaqının (Aİ) tətbiq etdiyi sanksiyaları qeyri-qanuni hesab edir".

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

O bildirib ki, rəsmi Moskva Avropadan kifayət qədər anti-Rusiya xətti görür:

"Biz dəfələrlə demişik ki, bu cür birtərəfli məhdudiyyətləri qanunsuz hesab edirik və buna qarşıyıq. Rusiya rəhbərliyi sanksiyaların nəticələrini minimuma endirmək üçün təhlillər aparacaq".

Xatırladaq ki, Aİ ölkələri Rusiyaya qarşı 18-ci sanksiyalar paketini razılaşdırıb. Bu paket Rusiya bank sektorunu, enerji sahəsini və hərbi-sənaye kompleksini hədəf alır. Eyni zamanda, neft üçün yeni dinamik qiymət həddi də nəzərdə tutulur.

Seçilən
6
teleqraf.com

1Mənbələr