"WhatsApp" Rusiyada da daxil olmaqla populyar messencerdir və onun Rusiya Federasiyasının qanunlarına riayət etmək öhdəliyi var.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
""WhatsApp", ümumiyyətlə, bir çox ölkələrdə, o cümlədən Rusiya Federasiyasında ən populyar xidmətdir. Bu, populyarlığına görə bir nömrəli xidmətdir. Və bütün xidmətlər kimi, təbii ki, onun da Rusiya Federasiyasının qanunlarına uyğun olaraq müəyyən öhdəlikləri var. Bütün qanunlara əməl edilməlidir", - Peskov jurnalistlərə açıqlamasında deyib.
Dövlət Dumasının İnformasiya Siyasəti Komitəsinin sədrinin birinci müavini Anton Gorelkin isə hesab edir ki, "WhatsApp"ın Rusiya bazarını tərk etməyə hazırlaşmasının vaxtı çatıb.
Ağarza Elçinoğlu