Bakı. Trend:
Suriyanın Əs-Süveyda vilayətində baş verən toqquşmalarla bağlıistintaq şəffaf şəkildə, qısa zamanda və beynəlxalq standartlarauyğun şəkildə aparılmalıdır.
Trend xəbər verirki, bu çağırışla BMT baş katibinin Yaxın Şərq, Asiya və Sakit Okeanregionu üzrə köməkçisi Məhəmməd Xalid Xiari Suriya hakimiyyətinəmüraciət edib.
“Mən Suriya hakimiyyətini istintaqın şəffaflığını, beynəlxalqstandartlara uyğunluğunu və mümkün qədər tez başa çatdırılmasınıtəmin etməyə çağırıram”, - deyə Xiari bildirib.
O, Əs-Süveyda bölgəsində baş verən toqquşmalar nəticəsində“Dəməşq təhlükəsizlik qüvvələrinin və druz döyüşçülərinin yüzlərlənümayəndəsinin”, eləcə də mülki əhalinin – druzların vəbədəvilərin, o cümlədən qadınlar, uşaqlar və yaşlıların həlakolduğunu xatırladıb.
Mülki şəxslər hələ də ciddi risklərlə üzləşirlər, Əs-Süveydadatibb müəssisələri öz imkanlarının son həddində fəaliyyət göstərir.Ticarət pozulub, zərərçəkmiş rayonlara çıxış təhdidlər və yollarınbağlanması səbəbilə ciddi şəkildə məhdudlaşıb.