AZ

Həmin videoya görə üzr istədi

Xəbər verdiyimiz kimi, Böyük Britaniyanın məşhur rok qrupu “Coldplay”in konsertində “Astronomer” IT şirkətinin rəhbəri Endi Bayron​un xəyanəti üzə çıxıb.

“Qafqazinfo”nun xarici KİV-ə istinadən məlumatına əsasən, o, hadisəyə görə üzr istəyib.

“İnternetdə yayılan həmin anı və bunun yaratdığı məyusluğu etiraf etmək istəyirəm. Həyat yoldaşımdan, ailəmdən və “Astronomer”dəki komandamdan səmimi qəlbdən üzr istəyirəm. Siz bir tərəfdaş, bir ata və bir lider olaraq məndən daha yaxşısına layiqsiniz. Özümə zaman ayırıram – düşünmək, məsuliyyəti üzərimə götürmək və növbəti addımları müəyyənləşdirmək üçün”, - deyə onun açıqlamasında bildirib.

Xatırladaq ki, Amerika şirkətinin baş direktoru olan Endi Bayron öz həmyaşıdı, 50 yaşlı Meqan Kerriqan Bayronla evlidir. Xəyanətdə adı keçən qadın Kristin Kebot isə sözügedən şirkətin HR müdiridir. Onun da evli olduğu bildirilir.




Seçilən
33
3
qafqazinfo.az

4Mənbələr