"Şəmkir"in baş məşqçisi Vüqar Nadirovun köməkçisi müəyyənləşib.
Bu barədə Fanat.Az-a gənc mütəxəssisin özü məlumat verib.
Nadirova 2-ci Liqa komandasında Rüfət Quliyev yardım edəcək.
Quliyevin son iş yeri "Araz Saatlı" olub.
Xatırladaq ki, "Şəmkir" ötən mövsüm 2-ci Liqadakı mübarizəni 50 xalla 5-ci pillədə tamamlayıb. Vüqar Nadirov mövsüm başa çatandan sonra qərb təmsilçisi ilə vidalaşsa da, sonradan komandanın "sükanı arxası"na qayıdıb.
Nihat