AZ

Trampın ultimatumubu məhsulları bahalaşdıracaq - CNN

ABŞ Prezidenti Donald Trampın Rusiyaya verdiyi ultimatumun bir hissəsi kimi nəzərdə tutulan sanksiyalar qlobal neft bazarına ciddi təsir göstərib. 

 

Sfera.az “CNN News”a istinadən xəbər verir ki, Rusiyadan neft alan ölkələrə qarşı tətbiq oluna biləcək sanksiyalar dünya üzrə enerji qiymətlərində kəskin sıçrayışa səbəb olub.

 

Bu addım təkcə Asiyanın iki əsas bazarı- Hindistan və Çin üçün deyil, ümumilikdə bütün dünya üçün ciddi nəticələrə yol aça bilər. Belə ki, bu ölkələr ABŞ-nin tətbiq edə biləcəyi yüksək tariflərdən və digər sanksiyalardan yayınmaq üçün neft tədarükünü artırmağa və alternativ enerji mənbələri axtarmağa məcbur olurlar.

 

Qeyd olunur ki, bu ultimatum Moskvanın cəbhədəki son uğurlar fonunda Vaşinqton tərəfindən əlavə təzyiq vasitəsi kimi istifadə olunur.

 

Fidan Hacızadə
Sfera.az

Seçilən
6
sfera.az

1Mənbələr