AZ

Slovakiya Aİ ilə sanksiya razılaşmasına nail oldu- ÖZƏL

Olaylar.az xəbər verir ki, Slovakiyanın xarici və Avropa işləri üzrə naziri Yuray Blanar bildirib ki, ölkəsi Avropa İttifaqının Rusiya əleyhinə 18-ci sanksiya paketini bloklamaqla, Avropa Komissiyası (AK) ilə Slovakiya üçün Rusiya enerji resurslarından imtinanın yaratdığı mənfi nəticələrin minimuma endirilməsi istiqamətində "heç olmasa hansısa" razılaşmaya nail olub.
"Bizim tərəfimizdən 18-ci sanksiya paketinin qəbulunun bloklanması, ucuz və əlçatan enerji resurslarından düşüncəsiz şəkildə imtinanın nəticələrini yüngülləşdirmək məqsədilə [AK ilə] heç olmasa hansısa razılaşmaya nail olmaq baxımından vacib idi," - deyə Blanarın sözlərini Slovakiya mətbuat agentliyi TASR yayıb.
Nazirin sözlərinə görə, Avropa İttifaqı tərəfdaşları ilə bu paket ətrafında aparılan danışıqlar çox çətin keçib, lakin Slovakiya geri çəkilməyib. O, həmçinin əlavə edib ki, Slovakiya 2028-ci il yanvarın 1-dən etibarən Rusiyadan qaz idxalının tam qadağan edilməsini nəzərdə tutan Avropa Komissiyası təklifinin yenidən nəzərdən keçirilməsində israr etməyə davam edəcək. Blanar bu təşəbbüsün "yalnız Slovakiyaya deyil, bütün Aİ-nin rəqabət qabiliyyətinə zərər vurduğunu" bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
9
olaylar.az

1Mənbələr