AZ

Pulunu verib, bələdiyyədən sənədli torpaq sahəsi aldı, İLLƏRDİR MƏHKƏMƏLƏRDƏ QALIB - ŞİKAYƏT

Göygöl rayon, Yeni Qızılca kənd sakini Əzizova İlhamə Əliağa qızı tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçinin məktubunu olduğu kimi dərc edirik:

“Mən, Əzizova İlhamə Əliağa qızı, 25 ildir ki, Göygöl rayon Yeni Qızılca kəndində yaşayıram. 2007-ci ildə kənd Bələdiyyəsinin sədri Azad müəllimdən torpağımıza dair sənəd almışıq. 2009-cu ilidə isə Hacıyev Vüqar adlı şəxs bizə məxsus olan və yaşadığımız torpaq sahəsinin onun yeri olduğunu iddia edib. Həmin şəxsə dedim ki, mən buranı zəbt etməmişəm, bu ərazi mənim şəxsi mülkümdür, sənədimi kənd Bələdiyyəsinin sədri Azad müəllimdən almışam.

Lakin 2009-cu il, 31 iyul tarixində Göygöl Rayon Məhkəməsində Həsənova Elmira Xandəmir qızının sədrliyi, Cəfərova Şəfiqə Pənah qızının katibliyi ilə keçirilən məhkəmə prosesi zamanı bizə məxus ərazinin Hacıyev Vüqar Tariyel oğlunun sahəsi olduğu deyildi. Əlimizdə olan sənədlərə baxmayaraq, məhkəmə evlərin sökülməsinə qərar verdi.

Evlərimiz ucurulmasın deyə Hacıyev Vüqara Tariyel oğluna, məhkəmənin qərarına əsasən, 4 min AZN verib, alqı-satqı etdim. Əlimdə sənədlərim var. Alqı-satqı müqaviləsi, torpağın ölçü və planına aid sənədlərim var. Bütün bu sübutlara baxmayaraq, 2016-cı ildə yenidən məhkəmə keçirildi. Bu dəfə də məhkəmə bizim torpaq sahəsinin Məmmədova Arifə Oruc qızına aid olduğu haqda qərar verdi. 

Bir sözlə, məhkəmələrin haqsız-ədalətsiz qərarları bizi təngə gətirib.

Hazırda işi Musayev Rəşad Mustafa oğlunun icraatındadır. Hakim bildirdi ki, Arifə ilə razılığa gəlin. Arifə isə bizdən 8 min manat pul tələb edir.

Məhkəmə zalında hakimə bildirdim ki, bir torpağın neçə nəfər sahibi olar? Bu qədər saxtakarlığa hansı qurum imza atıb? Arifə xanımın əlində sadəcə çıxarış sənədi var. O sənədə əsasən deyə bilməsiniz ki, axı, bu torpaq Arifənindir. 

Sonradan öyrənmişəm ki, Arifənin arxasında Göygöl rayon Zod kəndinin Bələdiyyəsi durur. Arifə xanım Şikar bəylə quda imiş. Bu qudalıq Arifə xanımın əlində olan sənədi "əsas sənəd" kimi məhkəməyə qəbul etdirilib.

Biz bu evdə 7 ailə yaşayırıq. Hazırda məhkəmə yenidən evin sökülməsinə dair qərar qəbul edib. Anam 2-ci qrup əlildir. 500 manat cərimə yazdırıblar. Bu dəfə isə 1000 manat cərimə yazdıracaqlarını bildirirlər. Əgər evin sökülməsinə icazə verilməsə, anamı həbslə hədələyirlər. Səlahiyyətli qurumlardan xahiş edirəm bizə kömək etsinlər. 

Jalə FAMİLQIZI

Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.

 

Seçilən
84
hurriyyet.az

1Mənbələr