2025-ci ilin ikinci rübündə “Samsunq” “Əpl”ı geridə qoyaraq qlobal smartfon bazarında lider mövqeyini bərpa edib.
Axar.az xəbər verir ki, bu barədə “International Data Corporation” analitik şirkəti məlumat yayıb.
Məlumata əsasən, Cənubi Koreya şirkəti bazarın 19,7%-nə sahib olaraq 58 milyon ədəd cihaz tədarük edib. “Əpl” isə ikinci yerdə qərarlaşıb. Şirkət 46,4 milyon ədəd cihaz tədarük etməklə, bazarın 15,7%-nə hakim olub. Üçüncü yerin sahibi isə 42,5 milyon cihaz tədarük edən “Xiaomi” olub. Onun bazar payı 14,4%-dir.