AZ

Nazir müavinin qətlinin üstü 27 il sonra AÇILDI

Yazını böyüt
Yazını kiçilt

Ermənistanda müdafiə nazirinin müavini Vaqram Xorxoruninin qətlinin üstü 27 ildən sonra açılıb.

Hafta.az xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb. Komitənin məlumatına görə, üç nəfər cinayəti törətməkdə ittiham olunur.

İstintaqın bildirdiyinə görə, təşkilatçı və bu işdə əli olan S.A. adlı şəxs hərbçi olub və məqsədli şəkildə Xorxoruninin qətlini təşkil etmək niyyətində olub. 1998-ci ilin noyabr-dekabr aylarında o, Qarabağ erməniləri olan X.N. və A.A. adlı şəxslərlə razılığa gəlib və onlara qətli törətmələri müqabilində müvafiq olaraq 10 min ABŞ dolları və 15 min ABŞ dolları vəd edib.

Onlar birlikdə təyin olunmuş gündə - 1998-ci il dekabrın 10-da Xorxorunini gözləyiblər və binasının girişində onu güllələyiblər. Hazırda S.A. saxlanılıb.

Qeyd edək ki, Vaqram Xorxoruni 1998-ci il dekabrın 10-na keçən gecə evinin girişində öldürülüb. Faktla bağlı cinayət işi açılıb, Ermənistan Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin əməkdaşlarından ibarət əməliyyat-istintaq qrupu yaradılıb.

Seçilən
7
1
hafta.az

2Mənbələr