AZ

Rusiyada deputatlar "WhatsApp"-ın bloklanmasını tələb etdi

Rusiya parlamentinin aşağı palatası olan Dumanın bəzi deputatları milli təhlükəsizliyə təhdid olduğunu bildirərək mesajlaşma proqramı olan "WhatsApp"-ın qadağan edilməsini istəyiblər.

Turkustan.az xəbər verir ki, Dumanın İnformasiya Siyasəti Komitəsinin sədrinin birinci müavini Anton Gorelkin verdiyi yazılı açıqlamada WhatsApp-ın “ekstremist təşkilat” kimi qələmə verilən Meta şirkətinə aid olduğunu bildirib.
WhatsApp-ın çox güman ki, dost olmayan ölkələrdən məhdudlaşdırılan tətbiqlər siyahısına daxil ediləcəyini qeyd edən Gorelkin: "WhatsApp-ın Rusiya bazarını tərk etməyə hazırlaşmasının vaxtıdır" şərhini verib.

Dumanın İnformasiya Siyasəti Komitəsinin üzvü Anton Nemkin Rusiya xəbər agentliyinə TASS-a açıqlamasında WhatsApp-ın ölkədəki "taleyi"nin möhürləndiyini bildirib və əlavə edib: "Rusiyanın rəqəmsal məkanında belə bir xidmətin olması milli təhlükəsizliyin pozulmasıdır. Ona görə də onun dost olmayan ölkələrdən məhdudiyyətlərə məruz qalan proqramlar siyahısına daxil edilməsi an məsələsidir".

WhatsApp-ın sahibi Meta qanunsuz məlumat yaydığı üçün Rusiyada “ekstremist təşkilat” kimi tanınıb, şirkətin Facebook və Instagram platformalarına giriş isə 2022-ci ildə bloklanıb.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
9
turkustan.az

1Mənbələr