AZ

"Araz-Naxçıvan"ın rəqibi ciddi itki ilə üzləşdi

"Araz-Naxçıvan"ın UEFA Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi "Aris" itki ilə üzləşib.

Fanat xəbər verir ki, Yunanıstan təmsilçisinin hücumçusu Tasos Donis ağır zədələnib. 

MRT futbolçunun sol dizinin medial kollateral bağının qırıldığını üzə çıxarıb. 28 yaşlı sabiq “Yuventus”lu forvard ötən gün Kipr təmsilçisi “Anortosis”lə yoldaşlıq oyununda sıradan çıxıb.

Qeyd edək ki, tərəflər arasında ilk qarşılaşma iyulun 24-də, saat 20:00-da “Dalğa Arena”da keçiriləcək. Cavab matçı isə 31-də Salonikidə baş tutacaq.

Seçilən
10
fanat.az

1Mənbələr