Qarabağ” Çempionlar Liqasının ikinci mərhələsi üçün iştirak ərizəsini UEFA-ya göndərib.
Msport.az xəbər verir ki, İrlandiyanın “Şelburn” klubu ilə oyunlar üçün iştirak ərizəsinə 24 futbolçunun adı daxil edilib.
Onların sırasında yeni trasferlər Dani Bolt, Sami Mmaee, Pedro Bikalyo, Kris Kuakunun adı adları siyahıdadır.
Qapıçılar: 1. Şahrudin Məhəmmədəliyev, 99. Mateus Koxalski, 97. Fabiyan Buntiç
Müdafiəçilər: 2. Mateus Silva, 55. Bədavi Hüseynov, 30. Abbas Hüseynov, 44. Elvin Cəfərquliyev, 18. Dani Bolt, 81. Kevin Medina, 3. Sami Mmaee, 13. Bəhlul Mustafazadə, 26. Amin Rzayev
Yarimmüdafiəçilər: 27. Toral Bayramov, 20. Kadi Borges, 35. Pedro Bikalyo, 8. Marko Yankoviç, 6. Kris Kuaku, 15. Leandro Andrade, 10. Abdulla Zubir, 21. Aleksey Kaşuk, 32. Hikmət Cəbrayılzadə
Hücumçular: 11. Emmanuel Addai, 22. Musa Qurbanlı, 90. Nəriman Axundzadə
Qeyd edək ki, “Qarabağ”la “Şelbrun” arasında ilk görüş iyulun 23-də İrlandiyada, cavab görüşü iyulun 30-u Bakıda keçiriləcək.