AZ

Azad edilmiş ərazilərdə yaşayan 4 min 809 nəfər işlə təmin edilib –Məşğulluq Agentliyinin sədri

Cari ilin 11 iyul tarixinə azad edilmiş ərazilərdə məskunlaşmış iqtisadi fəal əhalidən məşğulluğu təmin edilmiş şəxslərin sayı 4 min 809 nəfər təşkil edib.

AzPost bildirir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin (DMA) İdarə Heyətinin sədri Sadiq Əliyev AZƏRTAC-a müsahibəsində deyib.

Onun sözlərinə görə, “Böyük Qayıdış” proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərə qayıdan vətəndaşlarımızın sosial rifahının təmin olunması prioritet məsələlərdən biridir. Hazırda DMA tərəfindən davam edən məskunlaşmanın tələblərinə uyğun olaraq məşğulluğun müxtəlif aspektləri, o cümlədən, özünüməşğulluq, kvota üzrə iş yerlərinin yaradılması, ərazidə fəaliyyət göstərən şirkətlərə münasibətdə yerli işçi qüvvəsinin işlərə cəlb edilməsi və digər bu tipli layihələrin icrasına hazırlıq görülür.

“Rəqəmlərə gəlincə, cari ilin 11 iyul tarixinə sözügedən ərazilərdə məskunlaşmış iqtisadi fəal əhalidən məşğulluğu təmin edilmiş şəxslərin sayı ümumilikdə 4 min 809 nəfər təşkil edib. Bunlardan 3 min 677 nəfər müvafiq qaydada işlə təmin olunub, 339 nəfər isə özünüməşğulluq proqramına cəlb edilib”.

Fərdi qaydada özünüməşğul olanların sayı isə 793 nəfər olub. Bu şəxslər əsasən xırda ticarət, yük və sərnişindaşıma sahələrində çalışırlar. Bunlardan əlavə, işğaldan azad edilmiş ərazilərdə 222 nəfər peşə hazırlığına cəlb olunub, daha 641 nəfərin məşğulluğunun təmin edilməsi ilə bağlı iş aparılır.

AzPost.az

Seçilən
13
azpost.info

1Mənbələr