1-ci Liqa təmsilçisi "Mingəçevir" daha legioner transfer etməyə yaxındır.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, bu, Qambiyadan olan Bakari Ceitedir.
25 yaşlı Ceite əsasən mərkəz yarımmüdafiəçisi mövqeyində çıxış edir. O, ölkəsinin əsas millisində 3 oyun keçirib.
Xatırladaq ki, "Mingəçevir" son mövsümdə 1-ci Liqadakı mübarizəni 4-cü yerdə başa vurub. Aran təmsilçisi mövsüm yekunlaşandan sonra baş məşqçisi Füzuli Məmmədovla yollarını ayırıb. Onun yerini Ramiz Məmmədov tutub.
Mirağa