İsrail Suriya hökumət qüvvələrinə Suveyda bölgəsində əməliyyat keçirməsi üçün 48 saat vaxt verib.
APA xəbər verir ki, bu barədə adı açıqlanmayan İsrail rəsmisi “Times of Israel” qəzetinə məlumat verib.
Qeyd edək ki, Suriya Daxili İşlər Nazirliyi Suveyda bölgəsində druzlar və bədəvi qəbilələr arasında yenidən başlanan münaqişənin dayandırılması üçün hökumət qüvvələrinin sözügedən əraziyə ezam ediləcəyini açıqlayıb.
Xatırladaq ki, İsrail Suveyda bölgəsinin demilitarizasiya edilməli olduğunu bildirib və Suriya hökumət qüvvələrinin İsrail sərhədində möhkəmlənməsinə icazə verməyəcəyini bəyan edib.