AZ

M.Abuzərli: "8 noyabr Elektrik Stansiya"sının gücü 1880 meqavata çatdırılıb

MİNGƏÇEVİR. 18 iyul. TELEQRAF

8 Noyabr Elektrik Stansiyasının gücü 1880 meqavata çatdırılıb.

Teleqraf-ın Mingəçevirə ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında AzərEnerji ASC-nin İstehsal İdarəsinin xidmət rəisi xidmət rəisi Müşfiq Abuzərli deyib.

Onun sözlərinə görə, stansiya cəmi iki il ərzində çox qısa müddətdə istismara verilib:

“Burada işlər ən son texnologiyalardan istifadə olunmaqla həyata keçirilib və sınaq-sazlama işlərinə qısa zamanda başlanıb. Sınaq-sazlama işlərinə ötən ilin dekabr ayında başlamışıq və bu ilin aprel ayına qədər bütün işləri tam yekunlaşdırmışıq. Hazırda stansiya tam istismardadır”.

O qeyd edib ki, stansiyada dörd ədəd qaz turbini qurğusu quraşdırılıb. Onların hər birinin gücü 320 meqavatdır. Tüstü qazlarından buxarın istehsalı üçün dörd ədəd qaz turbini qurulub və hər birinin məhsuldarlığı 400 tondur. Bu qaz turbinlərindən alınan buxar stansiyadakı dörd ədəd 100 meqavatlıq mövcud buxar turbininə ötürülərək elektrik enerjisinin istehsalını təmin edir. Beləliklə, stansiyanın ümumi gücü 1880 meqavata çatıb.

Xidmət rəisi vurğulayıb ki, stansiyanın köhnə və yeni hissəsi arasında səmərəlilik fərqi böyükdür:
“Köhnə hissədə bir kilovat/saat elektrik enerjisi istehsalı üçün təqribən 335 qram şərti yanacaq istifadə olunurdu. Hazırda isə bu göstərici bir kilovat/saat üçün 225 qramadək azaldılıb. Bununla da hər il təqribən 1,2 milyard kubmetr karbon qazının ətraf mühitə atılmasının qarşısı alınır”.

Seçilən
16
teleqraf.com

1Mənbələr