AZ

“Mançester Siti” Sverre Nyupanı satın aldı

“Mançester Siti” 18 yaşlı norveçli mərkəz yarımmüdafiəçisi Sverre Nyupanı “Rusenborq”dan tamhüquqlu əsasda “şəhərlilər”in heyətinə qatıb.

Arena.az bu barədə “Mançester Siti”nin rəsmi saytına istinadən məlumat verir.

Tərəflər 5 illik – müddəti 2030-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıblar.

Keçid İngiltərə klubuna 15 milyon avro məbləğ müqabilində başa gəlib.

Sverre Nyupan “Rusenborq”un məzunudur. Yarımmüdafiəçi karyerası ərzində ancaq doğma klubu üçün çıxış edib.

Geridə qalmış 2024/2025-ci illər mövsümündə Nyupan “Rusenborq” üçün 10 oyuna çıxıb, 1 qol vurub.

Nyupanın “Troll uşaqları” üçün çıxışının ümumi mənzərəsi isə 70 oyun, 14 qol və 11 məhsuldar ötürmədən ibarətdir.

Sverre Nyupan Norveçin U-15, U-16, U-17, U-18, U-19 və U-21 komandalarına cəlb edilib, əsas yığmaya isə hələ çağırış almayıb.

Nyupan futbolda hələ heç bir qənimət qazanmayıb.

“Transfermarkt” internet-portalı 18 yaşlı norveçli mərkəz yarımmüdafiəçisinin transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
26
32
arena.az

10Mənbələr