Suriyanın keçid prezidenti Əhməd əl-Şara ailəsi ilə birlikdə Dəməşqi tərk edib.
Oxuməni.az xəbər verir ki, bu barədə iyulun 18-nə keçən gecə “Əl-Mayadeen” telekanalı məlumat yayıb.
Gediş İsrailin Suriyanın paytaxtına aviazərbələrini artırması ilə bağlıdır.
Bu məlumat heç bir başqa mənbə tərəfindən təsdiqlənmir və Dəməşq də bu barədə şərh verməyib.
Qeyd edək ki, İsrail pilotsuz təyyarələri Suriyanın cənubundakı Əs-Suveyda əyalətinin qərbində bədəvi silahlılarının mövqelərinə azı 4 zərbə endirib.
Oxuməni.az